“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri Xəyyam Əsgərovun müvafiq əmrinə əsasən Emil Bayramov Birliyin Layihələr departamentinin rəhbəri təyin olunub.
Eləcə də bax: Bankdan nazirliyə transfer oldu – Təyinat - FOTO
FED.az xəbər verir ki, indiyə qədər bir sıra layihələrin hazırlanmasında və reallaşdırılmasında kifayət qədər iş təcrübəsi toplamış, gənc kadr olan ana dili ilə yanaşı rus, ingilis və türk dillərini də sərbəst bilən E.Bayramovun rəhbərlik edəcəyi departamentin müasir tələblərə cavab verən, milli maraqlarımıza xidmət edən layihələrin hazırlanıb, həyata keçirilməsi üçün qarşısına ciddi vəzifələr qoyulub.
Bu vəzifəyə təyian olunana qədər E.Bayramov marketinq və beynəlxalq əlaqələri dəstəkləyən təşəbbüslərin irəli sürülməsində, bir sıra yerli və beynəlxalq layihələrin hazırlanmasında və həyata keçirilməsində, tədbirlərin təşkilində, bu istiqamətdə korporativ əlaqələrin qurulmasında, həmçinin davamlılıq strategiyasının formalaşmasında fəal iştirak edib. O, əmək fəaliyyəti dövründə gənclər təşkilatlarında, bank sektorunda, Diasporla İş üzrə Dövlət Komitəsində işləyib. Hazırda Əmanətlərin Sığortalanması Fondunda çalışır. Əməkdaşımıza yeni işində uğurlar arzulayırıq!