Zəmanət müddəti daha uzun olan işçilər cəlb etmək lazımdır.
FED.az xəbər verir ki, bunu “HR Summit Baku 2017” "T&I Consuntancy" şirkətinin təsisçisi və rəhbəri İlham Hacıyev deyib.
Onun sözlərinə görə, HR -da əsas məsələ işə cəlb etmək və işdə saxlamaqdır.
“İşdə A və C kateqoriyalı işlər var. Hər birinin də öz tələb etdiyi performansı var. Nə qədər kateqoriya olsa da hər bir şirkətdə əsas olan komanda işidir. Bəli hər bir sektor üzrə vəzifələr və iş istiqamətləri dəyişə bilər. Amma əsas olan komanda işidir. Hər bir şirkət güclü komanda ilə uğur qazana bilər. Bu komandaya da zəmanət müddəti daha uzun olan işçilər cəlb etməyi düşünməli və onları seçə bilməsidir. Uğur bəsit prinsiplərinin üzərində qurulur” –deyə İ.Hacıyev bildirib.
İlham Hacıyev: Sektor üzrə vəzifələr və iş istiqamətləri dəyişə bilər
11:11
8 Dek 2017