İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Ahmed Əl-Otaimen 3-5 may tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.
APA-nın XİN-in saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Yusif bin Ahmed Əl-Otaimenin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.