Azərbaycanda açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilib.
Eləcə də bax: Rayonlara giriş-çıxış qaydaları - MÜƏYYƏNLƏŞDİ
FED.az xəbər verir ki, bu qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul edib. İcazə idman mallarının istehsalına da alınıb.
Bu yenilik Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 10 avqusut saat 00:00-dan qüvvəyə minəcək.
Beləliklə, Azərbaycan Premyer Liqasının avqustun 21-də başlaması üçün heç bir maneə qalmayıb. Eyni zamanda klublar və milli komanda rəqiblərini öz meydanında qəbul edə biləcək.