“Xəbər veridiyi kimi 2019-cu il prezidentin fərmanı ilə hazırlıq ili kimi qeyd edilib. Bu gün biz də bütün tibb müəssisələrində çox intensivç şəkildə hazırlıq işi gedir”. Bu sözləri FED.az açıqlaması zamanı İcbari Tibbi Sığorta Agentliyinin direktoru Zaur Əliyev bildirib.
Eləcə də bax: Azərbaycanda həkimlərin maaşları artırılacaq – TƏFƏƏRRÜATLAR AÇIQLANDI
Onun sözlərinə görə, hazırlıq işi əsasən xəstəxanalarda İT infrastrkuturun qurulması və sığortalıların xəstəxanaya gəldiyi halda onların qeydiyyatının elektron şəkildə aparılması və göstərilən xidmətlərin elektron şəkildə agentlərə təqdim edilməsidir ki, onların əvəzində agentlik xidmətlərə görə ödənişi həyata keçirə bilsin.
Zaur Əliyevin sözlərinə görə, bu istiqamətlərdə gecikmə müşahidə edilmir və kifayət qədər də intensiv şəkildə bütün ölkə üzrə bu saat xəstəxanalarda iş gedir.
“Digər istiqamətlər normativ hüquqi baza ilə bağlıdır yəni müəyyən sənədlərin hazırlanmsı qaydara, tariflər, xidmətlər zərfədir, tibb işilərin yeni əmək haqqı sistemidir” – deyə agentlik rəsmisi bildirib.
“Onları bonusların hesablanması bunlarn hamısı bu saat hazır vəziyətdədir və aidiyyatlı qurumlarla razılaşma prosesindədir düşünürk ki, bunu da bir yaxın bir ay ərzində bu razılışmalar bitdikdən sonra artıq bu təsdiqə göndəriləcək və hardasa sentyabr ayında bütün bu sənədlər öz təsdiqini tapmalıdır. Onda biz rahat şəkildə ictimaiyyələ bütün qaydaları da açıqlaya biləcəyiki ki, həkimlərin yeni əmək aqqı sistemin necə hesablanacaq” – deyə Zaur Əliyev əlavə edib.
"Digər mühüm işlərdən biri xəstəxanalarda 20 yaxın keyfiyyət standartının qoyulması olacaq. Bu da xidmət keyfiyyətinin artırılması üçün lazımdır. Hansı uğurlu keyfiyyət standartını reallaşdırsa o xəstəxanalar əlavə vəsaitlər əlavə edə biləcək. Bu çox vacib məsələdir. Biz bununla bağlı səhiyyə nazirliyi ilə çox işləyirik. Artıq onlar da hazırdı. Düşünürük ki, yaxın bir ay ərzində bunlar da öz təsdiqini tapacaq" – deyə agentlik rəsmisi əlavə edib.
"İcbari tibbi sığorta ilə bağlı bütün sənədlər sentyabrda təsdiqlənməlidir" – YENİLİKLƏR AÇIQLANDI
12:15
11 İyul 2019