Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının və həmin oturacağın söykənəcəyinin içində xüsusi düzəldilən saxlanc yerindən 36 ədəd "Nokia" markalı telefon və 52 ədəd adapter aşkar edilib.