2021-ci ilin fevral ayında fərdi uçot sistemində sığortaedənlərin sayı 6 115 vahid və ya 0,4 faiz artaraq 1,64 milyon vahid təşkil edib.
FED.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.
O qeyd edib ki, sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 542 vahid, fiziki şəxslər üzrə 4 944 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 629 vahid artıb. (Apa)