2024-cü ilin aprel ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 15,6 min nəfər və ya 0,31% artıb.
Bu barədə FED.az-a Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Beləliklə, 2024-cü ilin 1 may tarixinə uçota alınmış sığortaolunanların sayı 5,04 mln. nəfər təşkil edib.