Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Abşeron rayon Saray qəsəbəsində tikiləcək kooperativ yaşayış evlərindən mənzil almaq üçün qoyulan tələbləri açıqlayıb.
FED.az xəbər verir ki, akademiyadan bildirilib ki, yeni kooperativ yaşayış evləri yalnız AMEA əməkdaşları üçün inşa ediləcək.
Mənzilin ümumi sahəsinin 1 kvadrat metrinin qiyməti 470 manata qədər olması nəzərdə tutulur.
Mənzil almaq üçün bir necə ödəniş qaydası təklif edilir.
Şərtlərdən biri budur ki, mənzilin dəyərinin 30%-i ilkin, qalan məbləğ isə 3 ilə veriləcək.
Digər təkliflər mənzilin dəyərinin 20%-inin ilkin, qalan məbləğin 2,5 ilə və mənzilin dəyərinin 10%-nin ilkin, qalanını 2 ilə ödəmək nəzərdə tutulur.