2025-ci ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 7990 nəfər təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsi-nə istinadən xəbər verir.
Bu illik müqayisədə 151 nəfər və ya 1,9% azdır.
Məlumata əsasən, iş icazəsi olan şəxslərin 34,3 faizi tikinti, 10,0 faizi mədənçıxarma sənayesi, 8,9 faizi emal sənayesi, 7,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi təhsil, 5,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində, 27,9 faizi isə digər fəaliyyət sahələrində məşğul olub.











