Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üzrə büdcəsi məlum olub.
Eləcə də bax: Azərbaycanda pensiyaçılar üçün yaşayış minimumu - MƏLUM OLUB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2022-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənəsə əsasən, 2022-ci ildə DSMF-nin gəlirləri və xərcləri 5 306,77 milyon manat təşkil etməlidir. Bu isə 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 160,74 milyon manat və yaxud 3,1% çoxdur.
Xatırladaq ki, bu il Fondun gəlirləri və xərcləri 5 146,03 milyon manat proqnozlaşdırılır.