Bu ilin mart ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 14 860 vahid və ya 0,74 faiz artaraq 2,036 milyon vahid təşkil edib.
Bu barədə FED.az-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 2 559, fiziki şəxslər üzrə 10 889, torpaq mülkiyyətçiləri üzrə isə 1 412 vahid artıb.