Dövlət Sosial Müdafiə Fondu (DSMF) vahid xidmət mərkəzi yaratmağı planlaşdırır.
FED.az xəbər verir ki, mərkəzin yaradılması ilə bağlı məsləhət Fond "Arpa Consulting" MMC ilə müqaviə bağlayıb. Müqaviləyə əsasən, xidmət müqabilində şirkətə yarım milyon manata yaxın vəsait ödəniləcək.
DSMF eyni zamanda "Lotus Co" MMC ilə 1,7 milyon manatlıq 2 müqavilə bağlayıb. Həmin müqavilələrə görə, şirkət Fondun aparatı, yerli orqanları və tabeliyindəki sosial xidmət müəssisələri üzrə inventarlar, avadanlıqlar, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər, digər maşın və avadanlıqlarla təmin edəcək.
Dövlət Sosial Müdafiə Fondu | Arpa Consulting MMC | Vahid Xidmət Mərkəzinin yaradılması ilə bağlı məsləhət xidmətləri | 499 951.58 | 2018-09-06 | |
Dövlət Sosial Müdafiə Fondu | Lotus Co MMC | Dövlət Sosial Müdafiə Fondunun tabeliyindəki sosial xidmət müəssisələri üzrə inventarlar, avadanlıqlar, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər, digər maşın və avadanlıqlar | 389 951.40 | 2018-09-04 | |
Dövlət Sosial Müdafiə Fondu | Lotus Co MMC | Dövlət Sosial Müdafiə Fondunun aparatı və yerli orqanları üzrə inventarlar, avadanlıqlar və digər maşın və avadanlıqlar | 1 331 895.13 | 2018-09-04 |