Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinə yeni təyinat olub.
Eləcə də bax: “Xalq Sığorta”nın sədrinə müavin - Təyin Edildi
FED.az Banker.az-a istinadən xəbər verir ki, Emil Hüseynov agentliyin İnsan resursları (ing: HR) departamentinin direktoru təyin edilib.
O, buna qədər agentliyin strukturunda olan şöbənin müdiri idi. Dövlət agentliyinə isə 2020-ci ilin iyununda gəlib. Buna qədər “Gilan Holding”in törəmə şirkətləri “Gilan FMCG” və “Gilan Agriculture” kimi şirkətlərdə HR departamenti direktoru kimi çalışıb.