2023-cü ildə DSMF-ə daxil olan dövlət icbari sığorta ödənişləri ötən il 50 mln. manatın üzərində olmuşdur. Bu göstərici 2022-ci illə müqayisədə və 2023-cü ilin proqnozuna görə 28% çox olmuşdur.
FED.az xəbər verir ki, bu barədə DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov Fondun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında bildirib.
Bu günə qədər 5 002 nəfərə dövlət icbari şəxsi sığorta təyin olunub.
Onun sözlərinə görə, ötən il üzrə həmin göstərici 1 920 olub: "İndiyədək 91-97-ci illər üzrə 17 367 nəfərə birdəfəlik ödəmələr təyin edilib. Keçən il bu rəqəm 495 olub. Bu günə kimi ödənilmiş vəsait 111.1 milyon manat, ötən il üzrə isə 4,1 milyon manat olub".