Azərbaycanda daha bir dövlər orqanında əmək haqları artırılıb.
FED.az xəbər verir ki, Nazirlər Kabineti “ Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” barədə qərar qəbul edib.
Eyni zamanda qərarla Naxçıvan MR Nazirlər Kabinetinə tövsiyə edilib ki, Naxçıvan Fövqəladə Hallar Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri barədə müvafiq qərar qəbul etsin.
Qərar 2023-cü ilin yanvarın 1-dən qüvvədədir. Yəni artımı ai d edildiyi işçilər indiyədək olan dövr üçün artımlarını alacaqlar.
Sözügedən qərar «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.