Azərbaycanda formalaşan yeni iqtisadiyyatda işçiyə yaradılan imkanlar əvvəlki kimi olmayacaq və artıq işçilərin işə götürülməsi strateji məsələdir.
"Regionlardakı sahibkarlar işə qəbulda daha çox qohumluq əlaqələrinə fikir verirlər"
FED.az xəbər verir ki, bunu "PASHA Holding"in Baş icraçı direktoru Cəlal Qasımov Bakıda keçirilən İnsan Resursları Zirvəsi çərçivəsində “Köçü qarşıla” mövzusunda paneldə çıxışı zamanı deyib.
"İşçini maaşla, müəyyən bonuslarla şirkətdə ya hansısa qurumda saxlamaq getdikcə çətinləşəcək. Biz bu istiqamətdə təhlillər aparıb, başqa şirkətlərdə olmayan dəyərlər tətbiq edib, bu dəyərlərə qiymət verən insanlarla çalışmağı planlaşdırırıq. Əks halda işçi müəyyən zamandan sonra əməkdaşlığı bitirmək istəyir", - C. Qasımov bildirib.
"PASHA Holding"in Baş icraçı direktoru vurğulayıb ki, artıq texnologiyanın üstünlüklərindən istifadə edərək məlumatlar toplamaq mümkündür: "Google", "Chat GBT" və digər texnoloji vasitələr hesabına məlumat almaq asandır. Bu da biliyin bacarıq qarşısında üstünlüyünü azaldır. Mənim fikrimcə əsas olan texnoloji imkanlardan istifadə etməyi bacarmaqdır. Buna görə də bacarıq bilikdən daha üstündür". (Report)