Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir texnologiyaların tətbiqi ilə hazırlanmış “AzNav” - ölkənin ilk rəsmi Naviqasiya Sistemi 01.01.2017-ci il tarixindən əhalinin, dövlət və özəl qurumların, fiziki və hüquqi şəxslərin, turistlərin, eləcə də ünvan axtarışında və marşrutun müəyyən olunmasında maraqlı olan digər tərəflərin istifadəsinə verilib.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, GPS naviqasiya sistemi "Aznav" Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) məlumatları əsasında hazırlanıb.
“Naviqasiya Sistemindən istifadə etməklə istənilən seçilən ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən etmək mümkündür. Naviqasiya sistemi Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməklə, paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla bir ünvandan digər ünvana bütün alternativ yolları göstərmək imkanın malikdir. "AzNav" həm tibbi yardım, yanğın, qəza, polis, fövqəladə hallar kimi təcili xidmətlər və digər fəaliyyətlərdə son dərəcə faydalıdır”, - deyə məlumatda vurğulanıb.
Eyni zamanda, naviqasiya sistemindən istifadə etməklə ünvan axtarışı məsələləri sadələşəcək, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq. Bu sistem həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malikdir. Sistem "Android", "iOS" ("Apple"), "Windows CE" əməliyyat sistemlərində olan bütün növ mobil cihazlarda, həmçinin telefon və planşetlərdə işləyir".
"Android" əməliyyat sistemli mobil qurğulara (telefon, planşet və s.) proqramı yükləmək üçün "Play Market"ə daxil olub "AzNav" yazaraq axtarış vermək və yükləyib istifadə etmək mümkündür. iOS ("Apple" istehsalı) əməliyyat sistemli mobil qurğular (telefon, planşet və s.) üçün isə proqram "App Store"dan yükləmək mümkündür. Eyni zamanda AzNav-I yükləmək üçün http://www.aznav/az portalına daxil olaraq pulsuz yükləmək olur.
"AzNav" ölkənin ilk milli naviqasiya sisteminin hazırlanıb istifadəyə verilməsi əhaliyə innovativ xidmətlərin göstərilməsi, ictimai xidmətlərin göstərilməsində operativliyin, rahatlığın təmin olunması barədə tapşırıqları istiqamətində atılmış mühüm addımlardan biridir.
"AzNav" ilk milli naviqasiya sisteminin istifadəyə verilməsi ölkə başçısının fərman və tapşırıqlarının icrası yönündə atılmış növbəti mühüm addım olmaqla, vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
"Aznav" 01.01.2017-ci il tarixindən 220000-dən çox istifadəçi tərəfindən yüklənib.
Dəqiq və hər zaman yenilənən oflayn GPS naviqasiya sistemi “AzNav”, Ünvan Reyestri İnformasiya Sisteminin məlumatları əsasında hazırlanıb. “AzNav” həm tibbi yardım, yanğın, qəza, polis, fövqəladə hallar kimi təcili xidmətlər, həm də poçt, yükdaşıma, taksi, turist, nəqliyyatın tənzimlənməsi və digər fəaliyyətlərdə son dərəcə faydalıdır.
Naviqasiya Sistemindən istifadə etməklə istənilən seçilən ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən etmək mümkündür.
Naviqasiya sistemi Azərbaycanın bütün ərazisini əhatə etməklə, paytaxt və regionlar üzrə ünvan axt
Bir ildə "AzNav" 220 min dəfədən çox yüklənib
15:40
8 Dek 2017