FED.az-ın xəbərinə görə, 300 nəfərin istirak etdiyi sammitdə beynəlxalq və yerli qurumların peşəkarları insan resurslarının idarəçiliyi üzrə ən yaxşı təcrübəni paylaşırlar.
Sammitdə yerli və xarici spikerlər tərəfindən insan resursları işçilərinin korporativ brendinqdə rolu, işçi sayının optimallaşdırılması və korporativ nüfuz, işə götürən brendinin işə qəbul prosesinə təsiri, dəyişikliklərin idarə edilməsində HR-ın rolu, İşə götürən brendinin işçi loyallığına təsiri, HR proseslərinin avtomatlaşdırılmasının işçi məmnunluğunda rolu eləcə də ixtisar zamanı işə götürən brendinin saxlanılması mövzularında geniş təqdimatla çıxış edirlər.
Tədbirdə çıxış edən “Dəmiryolları” QSC -nin rəhbəri Cavid Qurbanov Heydər Əliyev dönəmindən gənclərə dəyər vermək ənənəsinin bu gün də davam etdiyini vurğuladı. Onun sözlərinə görə, bu gün buradakı iştirakçıların əksəriyyətinin gənclərdən ibarət olması sevindirici haldır.Qeyd edək ki, "HR Summit Baku 2017" tədbirinin eksklüziv media tərəfdaşı www.fed.az biznes maliyyə portalıdır. Tədbirin baş sponsoru “Dəmiryolları” QSC-dir.