Yaxın günlərdə Hava Limanı yolu üzərində yerləşən Baku Expo Center-də "Dino Park" açılacaq.
FED.az xəbər verir ki, "Dino Park"-ın açılışına saylı günlər qalıb. "Dino Park"ın Bakının ən böyük və ən həyəcanlı dinozavrlar parkı olacağı bildirilir. Burada nəhəng, real ölçülü və səs-küylü dinozavrlarla yanaşı - interaktiv atraksionlar, hərəkət edən dinozavrlar və hətta üzərində gəzə biləcəyiniz xüsusi ride-dinozavrlar yer alacaqdır.
QİYMƏTLƏR
"Dino Park"a giriş üçün biletin qiyməti böyüklər üçün 15 manat, uşaqlar üçün 20 manat olacaqdır. 3 yaşadək uşaqlara girişin pulsuz olması nəzərdə tutulub. Fiziki qüsurlu şəxslərə isə giriş ödənişsiz olacaqdır.
Bilet bütün gün üçün keçərlidir. Ərazidə mövcud olan bütün attraksionlar qiymətə daxildir. Ərazidə 20-dən çox hərəkət edən və səs çıxaran dinozavr mövcuddur. Ən böyük dinozavrın hündürlüyü 9,5 metrdir.
İmkanlar:
• 5 ədəd böyük şişmə batut
• 3 ədəd dairəvi batut
• Üzərinə minmək mümkün olan və hərəkət edən dinozavrlar
• Qum və oyuncaqlarla oyun zonası
• Ayrı oyun zonası
• Şəkil çəkmək üçün xüsusi zonalar (Marja)










