Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr təyinatı olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.
Eləcə də bax: Şamaxı icra başçısına yeni müavin - TƏYİN OLUNDU
Əmrə əsasən, Sənan Məmmədzadə yeni yaradılan 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin rəhbəri vəzifəsinə təyinat alıb.
O, bundan əvvəl Suraxanı Rayon Məşğulluq Mərkəzinin direktoru olub.
S.Məmmədzadə məlumatı saytımıza təsdiq edib.