Azərbaycanda yaşamaq icazəsi üçün xaricilər qarşısına qoyulan tələblər dəyişib. FED.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.
Eləcə də bax:DMX rəisi: "Azərbaycanda qaçqın statusu almaq istəyən xaricilərin sayı artıb"
Onun sözlərinə görə, indiyədək ölkədə daimi yaşayış izni almaq üçün burada müxtəlif vaxtlarda ümumilikdıə 2 il yaşayanlar müraciət edə bilərdisə, yeni tətbiq ediləcək qaydalara görə, müraciət etmək üçün fasiləsiz olaraq 2 il yaşayanlar müraciət edə biləcək: «Bu da onların ölkəyə daha da bağlılığını göstərən bir məqamdır. Çünki daimi yaşayış alan şəxslər sonradan vətəndaşlıq üçün də müraciət edə bilərlər».
Növbəti bir yenilik isə əksinə, tələblərin yumşaldılmasına həsr edilib. Belə ki, hazırda qüvvədə olan qaydalara görə, daimi yaşayış üçün müraciət edən xarici vətəndaşlardan dil bilikləri və ölkə qanunları barədə bilikləri yoxlanılır. Tətbiq ediləcək yeniliyə görə, yaşı 180dək olanlar və 65-dən yuxarı olanlar, eləcə də 1-ci qrup əlillər bu imtahanvn verilməsindən azad ediləcəklər.