Bu ilin ilk rübündə I rübündə Azərbaycanda hava nəqliyyatında işləyənlərin orta aylıq maaşı 2 126,4 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ötən ilin I rübü ilə müqayisədə 387,5 manat və ya 22,3% çoxdur.
Ötən ilin I rübündə hava nəqliyyatında işləyənlərin orta aylıq maaşı 1 738,9 manat idi.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








