Azərbaycan da özəl pensiya fondu yaradılacaq.
DSMF-nin sədri: "Pensiyalar 10,8 faiz indeksləşdiriləcək"
FED.az xəbər verir ki, bu barədə məlumat DSMF sədri Himalay Məmişov 10 yanvar tarixində DSMF tərəfindən keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, özəl pensiya fondunun yaradılması ilə bağlı normativ sənədlərin hazırlanması prosesi demək olar ki, yekunlaşıb. Hazırlanmış razılaşdırılması isə 1 ay ərzində dövlət qurumlarına yollanacaq. Eyni zamanda sədr yaradılmış özəl pensiya fondu sayəsində insanlar pensiya yaşına çatmadan pensiya kapitalından istifadə etmək imkanı əldə edəcəklər.