Azərbaycanda əhalinin ən çox yadında qalan reklam və reklama ən çox yaraşdırdıqları yerli sənətçi məlum olub.
FED.az xəbər verir ki, bu, “Business İnsight” şirkətinin apardığı sorğuda məlum olub.
Araşdırmanın məqsədi “istehlakçı davranışları” üzrə statistik məlumatları istehsal etmək və il ərzində müqayisəli hesabat hazırlamaqdır.
Əvvəlki araşdırmalarımızla müqayisədə əhalinin TV izləmə vərdişlərinin dəyişdiyi müşahidə olunur. Sorğuya cəlb olunanların bu suala cavab olaraq 160 reklam adını şəkməs, COVID-19 reklamının daha çox xatırlanması göstərir ki, insanlar təbii olaraq TV qarşısında daha çox zaman keçirməyə başlayıblar. “Procter&Gamble” şirkətinin məhsullarının reklamları isə ən çox xatırlanan reklamlar kimi nəzərə çarpır. Təxminən hər 2 nəfərdən biri reklamlara baxmadıgını və ya maraqlanmadığını iddia edib. Təhlllərdən COVID-19 reklamlarını daha çox xanımların və xususlə də yaşlı nəslin izlədiyini müşahdə edilir. Belə k, COVID-19 reklamını spontan olaraq xatırlayan 156 nəfərin cəm 36%-i kişi, qalan 64%-i isə xanımlardır. Eyni zamanda COVID-19 reklamlarını xatırlayanların 25.6%-i 17-35 yaş arasında olanlar, qalan 74.4%-i isə 36-65 yaş arasında olan respondentlər təşkil edir.
Rəyi soruşulanlardan 3,6%-i “Gillette”, 2,8%-i “Ariel” yuyucu tozunun, 2,8%-i “Möcüzə” yağının, 2,5%-i “Pampers” uşaq bezlərinin adını çəkib.
Sorğuya cəlb olunan respondentlər reklamlara ən çox yaraşan, yerli sənətçi kim müğənni Röya Ayxanın adını qeyd ediblər. Ümumiyyətlə isə bu suala cavab olaraq 147 sənətçinin adı qeyd edilib. Zaur Baxşəliyev və Bəhram Bağırzadə isə ilk üçlükdə qərarlaşıb. «Heç biri» və «Cavab verməyə çətinlik çəkirəm» deyənlər 47.9% təşkil edib.
Təhlillər göstərir ki, xüsusilə ilk yerdə qərarlaşmış müğənni Röya Ayxanı xanımların kumiri kimi qeyd etmək olar. Çünki bu müğənninin pərəstişkarları (87 nəfər) arasında xanımların xüsusi çəkisi 70%-dir (qalan 30% kişilər). Yaş kateqoriyasına baxdıqda isə bütün yaş kateqoriyasında Röyanın eyni səviyyədə sevildiyin müşahidə edirik (17-35 yaş 49.4%; 36-65 yaş 50.6%). Röyanı sevənlərin Azərbaycan üzrə xəritəsinə baxdıqda isə Bakı, Gəncə və Sumqayıt şəhərlərində Röyanın xüsusilə başqa kənd rayonlarından daha çox sevildiyini görürük.
Rəyi soruşulanların 2,6%-i Xalq artisti Aygün Kazımovanın reklama ən çox yaraşan yerli sənətçi olduğunu deyib. Fərda (Amin) Xudaverdiyevlə Rafael İsgəndərov 1,8%-lə beşinci-altıncı yerləri bölüşüblər. Respondentlərin 1,6%-i Zaur Kamalın, 1,5%-i Azər Axşamın, 1,4%-i Xoşqədəm Hidayətqızının adlarını çəkib.
Qeyd edək ki, sorğu Azərbaycanda ümumilikdə 8 şəhər və rayonda aparılıb. 1255 respondent arasında keçirilən sorğu iştirakçıları təsadüfi seçilib. Respondentlərin orta yaş həddi 43, yarısı kişi, yarısı qadından ibarətdir. Respondentlərin 45,6%-i orta təhsilli, 18,3%-i orta ixtisaslı, 36,1%-i isə ali təhsilli olub.