Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 12 milyard 573,8 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 666,7 milyon manat və ya 5,6% çoxdur. Belə ki, 2025-ci ilin yanvar-fevral aylarında əhalinin nominal gəlirləri 11 milyard 907,1 milyon manat olmuşdu.











