Ötən ay Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 6,4% artaraq 11 milyard 907,1 milyon manata yüksəlib.
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hər nəfərə düşən nominal gəlirlər isə 1 164,2 manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5,9% çoxdur.