Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozlarına görə, Azərbaycan əhalisinin sayı 2024-cü ilin sonuna 10,56 mln. nəfərə çatacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, 2022-ci ilin sonuna əhali sayının 10,31 mln., 2023-cü ildə isə 10,43 mln. nəfər təşkil edəcəyi proqnozlaşdırılır. Uzunmüddətli proqnozlara gəldikdə, 2027-ci ilədək Azərbaycan əhalisinin 10,81 mln. nəfərə çatacağı proqnozlaşdırılır.
Qeyd edək ki, cari ilin oktyabrın 1-nə ölkə əhalisinin sayı ilin əvvəlindən 0,3% artaraq 10,15 mln. təşkil edib.