Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,4% artaraq 50 845,1 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, hesabat dövründə əhalinin hər nəfərinə orta hesabla 5 135,2 manatlıq gəlir düşüb.
Eləcə də bax: Adambaşına 4719 manat - GƏLİR
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 46 652,0 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7,1% çox vəsait qalıb.