Yaxşı, kimdir bu YouTuber’lər. Necə bu qədər məşhur oldular? Nə qədər qazanırlar? Türkiyənin ən çox izlənilən YouTuber’lərinin meneceri Cem Magripli hər kəsin maraqlandığı mövzunu belə izah edir. “YouTube, yəni Google reklam satır. Reklam verənə deyir ki, ‘Mən sənin çatmaq istədiyin kütləyə bu reklamı göstərəcəyəm.’ YouTuber’lərın alqoritmik tamaşaçı kütləsini görür və düzgün reklamı göstərir. Reklam gəlirinin 45 faizini Google, 55 faizini isə Youtuber alır. Bir də 18 faiz vergi ödənilir.
İkinci gəlir nöqtəsi isə bu youtuberlərin paylaşdığı videolar böyük bir kütləyə çatır və markaların marağını çəkir. Brendlər TV-yə reklam verdiyi kimi bu tamaşaçı kütləsinə çatmaq istəyir və reklam verir. 1 milyon təqibçisi olan biri ayda sırf Youtube’dakı reklam gəlirindən 1-3 min dollar arası pul qazana, abunəsi 3-4 milyon səviyyəsində olan YouTuber’lar isə, o aykı izləmə performansına görə aylıq 3 min dollar da qazana, müvəffəqiyyətli bir ay keçiribsə 10 min dollar da qazana bilər.”
Cem Yılmazdan 2 dəfə çox təqib edilir
O, Türkiyənin ən məşhur YouTuberidir. 21 yaşlı Orkun Işıtmakdan bəhs edirik. “Mən artıq Türkiyədə ən məşhur youtuber sayıla bilərəm. 10 il əvvəl başladım, son altı ildir fərqli videolar istehsal edirəm. Həftədə iki video paylaşıram. Bir videom təxmini olaraq 3 milyona yaxın izlənilir.” Orkun YouTuber olmağın həyat standartlarını yüksəltdiyini söyləyir. “Artıq ailəmdən pul almıram. Öz evim, ofisim və qrupum var. İşçilərimə maaş, dövlətə də vergi verirəm. Marka seçərkən daha əvvəl rəqibiylə işləyib-işləmədiyimizə diqqət edirik. Bunlar prinsiplərimizdir” deyir.
Ədəbiyyatçı olacaqdı amma…
Məryəm Can “Yıldız Teknik’də ədəbiyyat faküləsində oxuyuram. Universitet çox darıxdırıcıydı. Birinci kursun sonunda başladım YouTuber’liyə. Can, 1 milyon 200 min abunəsi olan kanalını belə izah edir, “Əyləncəli videolar çəkirəm. İnsan tipləri, xəyallar … Aktual, məşhur məsələlər də ola bilər. Trend nə varsa ona istiqamətlənirik … ”
2014-cü ildən bəri 125 milyon adam videolarınızı izləyib.”Türklər ən çox nə izləməyi sevirlər?” deyə soruşuram. Cavabı dəqiqdir! “Səmimi, enerjili insanları izləməyi sevirlər. Mən də bunun öhdəsindən gəlməyə çalışıram.”
Youtubenin məlumat qaynağı – Ruhicenet
-Sən nə tip videolar çəkirsən Ruhi?
-İnsanları məlumatlandıran, onlara ilham verən videolar çəkirəm.
Məsələn kosmos haqqında bilmədiyiniz 10 şey tərzində videolar və ya dərs oxuyarkən istifadə edə biləcəyiniz ən yaxşı 10 texnika kimi.
-Həyatını necə dəyişdirdi bu iş?
-Proqram mühəndisi olaraq çalışmışam bir müddət. Hindistanda təhsil aldıç və orada da çalışdım. Youtuber olduqdan sonra işimi tərk etdim. Bu işimi daha çox sevirəm.
-Bu işin sirri var mı?
-Var amma həll ediləcək bir şey deyil. İnsanların psixoloji vərdişləriylə əlaqədardır. Kütləni tanıyıram. Bunu bildiyiniz halda işinizi yaxşı edirsiniz.
-Nə qədər qazanırsan?
-Bir proqram mühəndisindən daha çox qazanıram.
Gözəllik haqqında kanal – Merve Özkaynak
-Haradan çıxdı bu iş?
-Əslində ixtisas sahəm digital marketinqdir. Əvvəllər məşhur kosmetika və moda şirkətlərində çalışmışdım. Kosmetikaya marağım var idi. Modaya da həmçinin. İşdən ayrıldım radikal bir qərarla. YouTube kanalı 2014-cü ildə ortaya çıxdı. İlk videonu çəkdim və kariyeram da başlamış oldu. 2 milyon izləyici, 700 min abunə. Heç birini xəyal belə edə bilmirəm. Bu mənim özümü reallaşdırma layihəmdir.
Avtomobil haqqında hər şey – Sinan Koç
-Gələcəyi olan bir peşədirmi? Yoxsa hobbi olaraq edilməlidir YouTuberlik?
-Rəqəmsal dünya getdikcə güclənir. Çap edilmiş bir avtomobil jurnalı 3-5 min tiraj satdığı halda bizim çəkdiyimiz bir video ən az 100 min adama çatır, bu kütləvi avtomobil sevərlərin və alış potensialı yüksək bir kütlədır. Bizim kimi bu işdə qabaqcıl olan kanallar üçün gələcək görürəm və inanıram.
-Nə qədər izlənirsiniz?
-Otopark.com 2011-ci ildə quruldu ve bu günə qədər 43 milyon görüntülənmə və 190 min abunəsi ilə Türkiyənin ən böyük avtomobil kanalıdır. Videolarımız təxmini olaraq 100 min insan tərəfindən izlənilir.