Almaniyada işçi qüvvəsinin qıtlığı ilə bağlı problemlər yaranıb.
Eləcə də bax: Almaniyaya hər il 400 min nəfər - Miqrant Lazımdır
FED.az biznes və maliyyə xəbərləri portalı «Welt» kanalına istinadən xəbər verir ki, hazırda ölkədə 1,2 milyon işçi çatışmır. Kadr qıtlığı 70 peşəni əhatə edir və kanalın məlumatına görə, bu problem vaxtında həll edilməsə, supermarketlərdə boş rəflərə və yanacaqdoldurma məntəqələrində böyük növbələrə səbəb olacaq.
Bəzi sahələrdə işçi qıtlığı daha böyükdür. Məsələn, ölkədə 18 min sosial işçi və sosial pedaqoq çatışmır. Yaşlılar və xəstələrə baxmaq sahəsində də mürəkkəb vəziyyət yaranıb. Təqribən 13 200 nəfər santexnik qıtlığı nəticəsində isə minlərlə alman ailəsi bu xidməti almaq üçün uzun müddət növbə gözləməli olurlar.
Kadr qıtlığının bir səbəbi də maaş azlığına görə bəzi peşələrin cəlbedici olmamasıdır – məsələn ötən il Almaniyada yük avtomobil sürücüləri vergi və digər ödəmələri çıxmaqla saatda cəmi 14,2 avro qazanıblar. Almaniya miqyasları üçün bu kiçik göstəricidir.
Alman iqtisadiyyatı İnstitutunun (IW) məlumatlarına görə, sosial pedaqoqlar üzrə tələb və təklif (iş axtaran və iş yeri elanları arasında) arasında fərq 18 300 nəfərə çatır. Daha böyük işçi qüvvəsi tibb bacısı kimi tələb olunur – təqribən 35 min nəfər.
Ən çox tələbat olan və qıtlıq hiss olunan 15 peşənin arasında elektrik-inşaatçılar (15 500 nəfər), santexniklər, hava qızdırıcıları və kondisioner ustaları (13 200 nəfər) və yük avtomobili sürücüləri var (6700 nəfər). Yeri gəlmişkən, institutda hesab edirlər ki, bu hələ rəçmi təsdiqlənən rəqəmlərdir, reallıqda işçilərə tələbat daha çoxdur. Çünki bəzi şirkətlər işçi yığa bilməyəcəklərini görərək ümumiyyətlə tenderlərə və iri sifarişlərə qatılmırlar.
İnstitut öz araşdırmasında yük avtomobilləri sürücülərinə xüsusi diqqət yetirib. Hesablama göstərir ki, bu sahədə işçi çatışmazlığı qarşıdakı illərdə də davam edəcək - yük avtomobillərinin yalnız 13,6%-i 35 yaşdan aşağıdır. Bu isə yeni doğulma ilə bağlı problemlərin nəticəsidir.
70 peşə üzrə peşəkar kadrların qıtlığı hiss olunur
Ekspertlər bildirir ki, bu vəziyyət Almaniyanın iqtisadi inkişafını ləngidə bilər. İşədüzəltmə agentliyinin məlumatına görə, hazırda ölkədə ümumliikdə 70 peşə üzrə 1,2 milyon kadr çatışmır. Bunlardan 3-də ikiçi peşəkarlardır.
Ekspertlər bu vəziyyəti aradan qaldırmaq üçün belə işçiləri xaricdən cəlb etməyi tövsiyə edirlər. «Hazırda bütün sahələrdə çalışan getdikcə daha çox şirkət keyfiyyətli işçi qüvvəsi tapa bilmir. Bu isə həmin şirkətlərin və son nəticədə ümumilikdə Almaniya iqtisadiyyatınınrəqabət qabiliyyətini aşağı salır».
Almaniyanın orta müəssisələr assosiasiyasının (BVMW) direktoru Markus Yerqer bildirir ki, vəziyyətdən çıxmaq üçün məqsədli immiqrasiya tətbiq edilməlidir.
Yeni alman hökuməti problemi miqrasiya qaydalarını yumşaltmaq və xaricdən işçiləri daha asan qəbul etməklə həll etməyk niyyətindədirlər. Almaniya iqtisadiyyatı institutunun eksperti Aleksandr Burştedde də hesab edir ki, problemin həlli üçün xaricdən Almaniyaya köçmə prosesini sadələşdirmək lazımdır. «Almaniyaya gəlmək və burada iş axtarmaq prosesini maksimum yumşaltmaq lazımdır. Eləcə də sahibkarlar qarşısında bürokratik əngəlləri ortadan qaldırmaq vacibdir».
Yerqer bildirir ki, şirkətlərin çoxu işçi çatışmazlığına görə, sifarişləri təxirə salmalı olurlar və bu proses davam edəcək. Təcrübəsilər (stajorlar) üzrə də böyük çatışmazlıq var: «Almaniyadakı 390 peşənin hamısı üzrə çatışmazlıq müşahidə edilir». Məsələ bundadır ki, 2020-ci ildə bu sahələrə aid peşələrdə 60 min tələbə yerini boş qalıb.