4 may tarixində səosial şəbəkədə bir paylaşım çox ciddi narahatlığıma səbəb oldu. 33-35 yaşlı bir kişi 6 körpə uşağı olduğunu, özünün ofisiant işlədiyini və hal hazırda işsiz olduğunu əsas gətirərək uşaqlarının ac olduğunu deyirdi. Məni narahat edən məsələ onun uşaqlarının çətinliyindən çox, əksər insanlarımızın demografik məlumatlarının çox kasad olması idi. İnsanlarımız nədənsə ciddi şəkildə inanırlar ki çox uşaq = çox problem, və ya zəngin deyilsənsə az uşaq dünyaya gətir və mümkünsə heç gətirmə.
Eləcə də bax: Pul niyə heç vaxt çatmir? – AİLƏ BÜDCƏSİNİ BELƏ İDARƏ EDİN
Çox təəssüf ki ölkəmizdə AMEA adlı bir qurum olsa da və orda səhv etmirəmsə, cəmi 2 demografımız olsa da, demografiya sarıdan ölkəmiz ayağını minaya basmış əsgər kimidir.
Belə ki ölkəmizin intensiv artım keçirtdiyi 1950-1985 ci illər ərzində heç də həyat səviyyəsi 2020-ci ildən yaxşı olmayıb.
İnsafən hansı biriniz uşaqlarınıza parçadan xalat tikdirib onu bir neçə övladınıza geyindirirsiniz. Və ya hansı biriniz bir balaca otaqda 2 valideyin 4-5 uşaq yaşayırsınız. Və ya hansı biriniz həftədə 3 dəfə toyuq ayda 2 dəfə ət, gündəlik 1 çörək ala bilməyəcək qədər yoxsulsunuz?
Adam başına düşən avtomobil, məktəbdə parta sayı, çarpayı sayı kimi məsələləri dilə gətirib sualı qəlizləşdirmək istəmirəm. Bütün meyarlar üzrə iddialıyam ki hər bir avantaj və dezavantajları ilə 2010-2020 on illiyi sovet Azərbaycanının istənilən 10 illiyindən daha zəngin yaşamışıq (hətta 70 illik ölkənin ən yaxşı on illiyi olan 70-80 ci illəri də qata bilərsiniz )
1990-2018 ci illər ərzində ( statistika komitəsinin hesabtlarında açıq qaynaq var) doğum sayında kəskin azalma var. Yəni 1990-cı ildə 7 131 900 əhali vari idi və 182 989 uşaq doğulub, 2018-ci ildə isə 9 898 100 ümumi əhalimiz olub, ümumi doğum sayı isə 138 982 nəfər olub. Baxmayaraq ki əhali sayı 28 % artıb, amma uşaq sayında 24% azalma olub.
Rəqəmlərlə sizləri çox yormayıb keçirəm bu rəqəmlərin nə mənaya gəldiyinə.
1-ci məsələ budur ki, uşaq sayının rifah səviyyəsi ilə bir başa təsmütənasib əlaqəsi var. Yəni rifah yüksəldikcə, xanımlar savadlandıqca dünyaya uşaq gətirmək, onun əziyyətini çəkmək istəmirlər, 90-cı ildən buraya əhali artım tempi eyni olsaydı bu gün doğulan uşaq sayı 130 min deyil 260 min olardı, aradakı illər ərzində 89-90-91 ci illərin tempi olmuş olsaydı və eyni sürət davam etsəydi bu il 350 min uşaq doğulacaqdı.
Yəgin yazımı bu hissəyə qədər oxumağa səbri çatmış insanlar bir sual maraqlandırır, “yaxşı bəs doğuş sayı ili-ildən azalıbsa, biz 7 milyondan 10 milyona necə gəlib çatdıq? Çox sadə cavabı var - uzun yaşamaqla. Əgər 90-cı illərdə insanlar 54-55 il yaşayırdılarsa, indi biz 65 il yaşayırıq. Bu arqumentə inanmayacaqsınızsa sizə kiçik misallarla izah edim. Ölüm statistikasına baxdıqda ilk sıralarda ürək damar xəstəlikləri qan sızmalar, ağ ciyər yetməzliyi, böyrək yetməzliyi kimi səbəblər gəlir.
Deyəlim ki, siz 1990-cı ildə iki damardan infakt oldunuz. Nə baş verir? Əksər hallarda insanlar ixtisaslaşdırılmış xəstəxanaya çatmadan (o vaxtı bu cür xəstəxanalar çox az olub ) vəfat edirdi. Xəstəxanalara çatanda nə baş veridi? O vaxtın protokoluna uyğun açıq əməliyyat olunurdu, bəxti gətirsə sağ qalıb 1-2 il əlavə yaşaya bilirdi.
Amma indi necə olur? Azərbaycanda 10-larla xəstəxana var ki, infaktlı xəstələri anjurla ürəyinə stend atıb, səhəri gün evinə yola salırlar və o insan 7-8 il rahat yaşayır. Və ya böyrək əməliyyatları hamısı açıq olurdusa, indi endaskopla daşları qırıb xəstəni evinə yola salırlar və ölüm riski də miniumuma endirilir.
Beləliklə əhalimiz yaşlanır, təqaüdə çıxır, amma gənclərin sayı azalır.
Əzizlərim, biz Azərbaycanda yaşayırıq. Biz Rusiya deyilik ki, bir özbəklə bir moldovalı gəlib evlənsin və onların uşağı rus olsun. Biz Almaniya heç deyilik ki, afrikalı gəlsin ikinci nəsili özünü qara dərili alman adlandırsın. Digər tərəfdən biz gənc və ən dinamik, ən savadlı ən məhsuldar insanlarımızın köçünü veririk.
Hal-hazırda çevrənizdəki gənc ailələrin neçəsində 3 və daha artıq uşaq var? Çox nadir hallarda 3 uşaqlı ailəyə rast gəlirik. Evlənmək yaşı ertələnə-ertələnə gedir, heç kim müxtəlif əsaslı və əsasız bəhanələrlə canını əziyyətə vermək istəmir.
Odur ki, bizim tək bir yolumuz var o da təbii artım - tez evlənin və ən azı 3 uşaq dünyaya gətirin. Xüsusən də maddi və təhsil durumunuz yaxşıdırsa, bunu mütləq edin.
il |
əhalinin ümumi sayı |
Doğulan uşaqların sayı |
Doğulanların əhali sayının % |
Ölənlərin sayı |
Ümumi əhalinin % |
1990 |
7131900 |
182989 |
2,57 |
42819 |
0,60 |
1991 |
7218500 |
190353 |
2,64 |
44659 |
0,62 |
1992 |
7324100 |
181364 |
2,48 |
51258 |
0,70 |
1993 |
7440000 |
174618 |
2,35 |
52809 |
0,71 |
1994 |
7549600 |
159761 |
2,12 |
54921 |
0,73 |
1995 |
7643500 |
143315 |
1,87 |
50828 |
0,66 |
1996 |
7726200 |
129247 |
1,67 |
48242 |
0,62 |
1997 |
7799800 |
132052 |
1,69 |
46962 |
0,60 |
1998 |
7876700 |
123996 |
1,57 |
46299 |
0,59 |
1999 |
7953400 |
117539 |
1,48 |
46295 |
0,58 |
2000 |
8032800 |
116994 |
1,46 |
46701 |
0,58 |
2001 |
8114300 |
110356 |
1,36 |
45284 |
0,56 |
2002 |
8191400 |
110715 |
1,35 |
46522 |
0,57 |
2003 |
8269200 |
113467 |
1,37 |
49001 |
0,59 |
2004 |
8349100 |
131609 |
1,58 |
49568 |
0,59 |
2005 |
8447400 |
141901 |
1,68 |
51962 |
0,62 |
2006 |
8553100 |
148946 |
1,74 |
52248 |
0,61 |
2007 |
8666100 |
151963 |
1,75 |
53655 |
0,62 |
2008 |
8779900 |
152086 |
1,73 |
52710 |
0,60 |
2009 |
8922400 |
152139 |
1,71 |
52514 |
0,59 |
2010 |
8997600 |
165643 |
1,84 |
53580 |
0,60 |
2011 |
9111100 |
176072 |
1,93 |
53762 |
0,59 |
2012 |
9235100 |
174469 |
1,89 |
55017 |
0,60 |
2013 |
9356500 |
172671 |
1,85 |
54383 |
0,58 |
2014 |
9477100 |
170503 |
1,80 |
55648 |
0,59 |
2015 |
9593000 |
166210 |
1,73 |
54697 |
0,57 |
2016 |
9705600 |
159464 |
1,64 |
56648 |
0,58 |
2017 |
9810000 |
144041 |
1,47 |
57109 |
0,58 |
2018 |
9898100 |
138982 |
1,40 |
57250 |
0,58 |
2019 |
9981500 |
Firdovsi Xəlilov
Opera Group MMC təsisçi direktoru