Azərbaycan Gimnastika Federasiyasının (AGF) beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev yeni vəzifəyə seçilib.
"Fed.az"ın məlumatına görə, M.Əliyev Beynəlxalq Gimnastika Federasiyasında (FİG) Apellyasiya Tribunalının üzvü olub.
Seçki Yaponiyanın paytaxtı Tokioda təşkil olunan 81-ci Konqres çərçivəsində keçirilib. M.Əliyev seçkinin elə ilkin mərhələsində 64 səs yığaraq tribunalda təmsil olunacaq 5 nəfərdən biri olub. O, Kanada, İsveçrə, Braziliya və Nepaldan olan üzvlərlə birgə fəaliyyət göstərəcək.
AGF rəsmisi bunadək FIG-in İntizam Komissiyasının üzvü vəzifəsini icra edib.
Bundan başqa, konqresdə FİG-in yeni prezidenti də seçilib. Bu, yaponiyalı Vatanabe Morinaridir. İndiyədək həmin vəzifəni italiyalı Bruno Qrandi icra edib. Vitse-prezidentlər isə rusiyalı Vasili Titov, belaruslu Nelli Kim və Çaoyi Luodur.
Qeyd edək ki, Konqres oktyabrın 20-də yekunlaşacaq.