Havaların soyuması mövsümi yeməklərə marağı artırıb. Qış mövsümünün ənənəvi yeməklərindən biri olan yarpaq xəngəlinə də maraq artıb. Bakı restoranlarında təqdim olunan xəngəl setlərinin qiymətləri bir-birindən fərqlidir.
Qarşıdan həftəsonu gəldiyni və oxucuların marağını nəzərə alaraq FED.az paytaxtda fəaliyyət göstərən restoranlarda xəngəl süfrəsinin qiymətlərini təqdim edir.
“Bürc Qala Restaurant”
Kiçik Qala 15 ünvanında yerləşən “Bürc Qala Restaurant”dan bildirdilər ki, yalnız qiyməli növünü təklif etdikləri yarpaq xəngəlinin bir payı 10 manatadır. Əgər iki nəfər 2 pay qiyməli yarpaq xəngəli ilə bərabər turşu, salat və limonad sifariş verərsə, ümumi hesab 35 manat məbləğində olacaq.
“Kalakuri”
Bu restoranda qiymətlər daha fərqlidir. Belə ki, Zahid Xəlilov 43 ünvanında yerləşən “Kalakuri”də qiyməli yarpaq xəngəlinin qiyməti 4,50 AZN-dir. İstəyə görə qurud və ya qatıqla təqdim olunur. Bu restoranda iki nəfər 2 pay qiyməli yarpaq xəngəli ilə bərabər turşu, təzə salat, gürcü limonadı və əlavə olaraq qatıq və ya qurud sifariş edərsə, cəmi 14 manat hesab ödəməli olacaq.
“Şirvanşah”
Salatın Əsgərova 86 ünvanındakı “Şirvanşah” restoranı isə qiyməli yarpaq xəngəlinin bir payını 8 manata təklif edir. İki nəfər bu restoranda 2 pay qiymətli yarpaq xəngəli və turşu, qatıq, salat və limonad kimi əlavələr sifariş verərsə 27-30 manat civarında hesab ödəyəcək.
“Başkent”
Cavadxan küçəsindəki “Başkent” restoranda isə yarpaq xəngəlinin çeşidləri fərqlidir. Belə ki, yarpaq xəngəlinin qiyməli və toyuqlu növləri 5 manata, sadə növü isə 3 manata təklif olunur. İki nəfər bu restoranda 2 pay qiyməli yarpaq xəngəli ilə birlikdə turşu, salat, limonad da sifariş edərsə 15-20 manat arası hesab ödəyəcək.
“Shore House”
Bakının Nardaran kəndində fəaliyyət göstərən “Shore House” restoranında isə qiymətlər bir qədər yuxarıdır. Belə ki, burada qiyməli yarpaq xəngəlinin bir payı 16 manata təklif olunur. İki nəfər 2 pay qiyməli yarpaq xəngəli ilə birlikdə salat, turşu və limonad da sifariş edərsə 70-80 manat hesab ödəməlidir.
“Xingal House”
Naxçıvani küçəsi 15 ünvanında yerləşən “Xingal House” restoranında da yarpaq xəngəlinin yalnız qiyməli növü təklif olunur. Bir payının qiyməti 7 manatadır. İki nəfərlik qiyməli yarpaq xingəli ilə bərabər, salat, turşu, limonad sifariş edilərsə ümumi hesab 20-28 manat civarında olur.
“Sahil”
Neftçilər prospektində yerləşən “Sahil” restoranında qiyməli yarpaq xəngəlinin bir payı qatıq ilə bərabər 10 manata təklif edilir. İki nəfər 2 pay qiyməli yarpaq xəngəli ilə birlikdə təzə salat, limonad və turşu sifariş edərsə 50 manat hesab ödəməlidir.
“XəngəLand”
İstiqlaliyyət küçəsində yerləşən “XəngəLand” restoranından bildirdilər ki, burada yarpaq xəngəlinin yalnız qiyməli növü təklif olunur. Bir payının qiyməti 4 manatadır. İki paylıq qiyməli yarpaq xəngəli ilə bərabər turşu, limonad və təzə salat sifariş olunarsa cəmi hesab 12-13 manat olacaq.
“Sumakh”
Xocalı prospektində yerləşən bu restoranda qiyməli yarpaq xəngəlinin 1 payının qiyməti 15 manatadır. Bir pay turşu 10 manata, restoran tərəfindən hazırlanan limonadın 1 litri isə 12 manatadır. İki nəfər 2 pay qiyməli yarpaq xingəli ilə birlikdə, bir pay turşu və bir litr limonad sifariş versə 52 manat hesab ödəyəcək.
“Çanaqqala”
Təbriz küçəsindəki “Çanaqqala” restoranı qiyməli yarpaq xəngəlinin bir payını 5 manata təklif edir. İki nəfər bir restoranda 2 pay qiyməli yarpaq xəngəlindən əlavə turşu, təzə salat və pendir sifariş etsə cəmi 16 manat hesab ödəyəcək.
80 manata xəngəl - QİYMƏTLƏR
17:24
17 Noy 2017