Rusiyanın "VimpelCom" mobil operatoru Mərkəzi və Şimal-Qərb federal dairəsinin ərazisində bəzi "qonaq tarifləri"nin qiymətini artırıb.
Buna dair məlumat cümə axşamı şirkət tərəfindən dərc edilmişdir.
MDB ölkələrinə "MDB ölkələri - 2013" tarifləri üçün zənglər bir neçə istiqamət üzrə iki dəfə artırılıb. Belə ki, Azərbaycana zənglərin 1 dəqiqəsinin qiyməti 9 rubldan 18 rubla qədər, yəni 0.22 qəpikdən 0.44 qəpiyə qədər qaldırılıb.
Həmçinin digər MDB ölkələri ilə də 1 dəqiqəlik danışıq dəqiqəsinin tarifi abunəçilər üçün bahalaşdırılmışdır. Bu tariflər:
1) Qazaxıstan, Gürcüstan və Qırğızıstan ilə 5 rubl deyil (0.12 AZN) 12 rubl (0.29) olmuş;
2) Belarusla isə 15 rubldan (0.37 AZN) 25 rubla (0.61) qədər artırılmışdır.
Mənbə: report.az