Banner

Son Xəbərlər

Türk hava yolları artıq Lənkərana da uça biləcək

Türk hava yolları artıq Lənkərana da uça biləcək | FED.az
16:58 22 Avq 2016
"Türk Hava Yolları" (THY) şirkəti Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından Lənkəran şəhərinə aviareys açmaq icazəsi almışdır.

Trend.az saytının yaydığı məlumata istinadən, THY müvafiq xahişlə bir neçə dəfə Administrasiyaya müraciət etmişdir və son belə müraciət yayın əvvəlində olmuşdur.

Məlumatda qeyd edilir ki, İstanbuldan Lənkərana aviareysin açılması tarixi THY-dən asılıdır və bu hava yolları özü uçuşların başlama vaxtını seçəcəkdir.

Qeyd edək ki, THY şirkəti dünyanın 115 ölkəsin 241 beynəlxalq istiqamət üzrə uçuşlar həyata keçirir və bu göstərici üzrə dünya lideridir.

Azərbaycanda isə bu aviaşirkət 1991-ci ildən etibarən fəaliyyət göstərir və hazırda Azərbaycanın üç şəhərinə, yəni Bakı, Gəncə və Naxçıvan şəhərlərinə təyyarə uçuşlarını reallaşdırır.


Digər xəbərlər

Banner