Banner

Son Xəbərlər

Samsung şirkəti Galaxy Note 7 smartfonlarının satışını dayandırdı

Samsung şirkəti Galaxy Note 7 smartfonlarının satışını dayandırdı | FED.az
16:34 2 Sen 2016
Cənubi Koreya şirkəti olan Samsung Galaxy Note 7 smartfonlarının satışını batareyalarla bağlı problem yarandığından dayandırmışdır. Səbəbi isə həmin smartfonların akkumulyatorlarının yanıb alışması ilə bağlı bir neçə halın baş verməsi idi.

Bu barədə Seulda keçirilən brifinqdə istehsalçı şirkətin rəsmi nümayəndəsi cümə axşamı günü bildirmişdi. O, həmçinin qeyd etmişdi ki, satılan bir milyon Galaxy Note 7 smartfonundan cəmi 24-ünün defektli batareyası vardı və telefonların alışması halı da məhz bu faktla əlaqədar idi. Şirkət Galaxy Note 7 sahiblərinə onların əldə etdiyi aparatı pulsuz dəyişəcəyini bildirir. Bunun üçün isə təxminən 2 həftə vaxt lazım olacaqdır.

Satışların bərpa ediləcəyi tarix barədə hələ heç bir məlumat verilmir.

Qeyd edək ki, avqustda satışların başladığı vaxtdan etibarən dünyada sözügedən aparatların batareyalarının partlaması nəticəsində yanğınla nəticələnmiş bir neçə fakt qeydə alınmışdır.

Renxap-ın məlumatlarına istinadən brifinq zamanı həmçinin bütün Galaxy Note 7 smartfonlarının qlobal şəkildə geri çağırılması barədə elan veriləcəkdir.

Mənbə: tass.ru

Digər xəbərlər

Banner