Son Xəbərlər

İstanbulda ağır yol qəzası baş verib

İstanbulda ağır yol qəzası baş verib | FED.az
14:18 23 Sen 2016

İstanbulun Acıbadəm rayonunda ağır yol qəzası olub. Fed.az "Hürriyyət" qəzetinə istinadən xəbər verir ki, yoldan çıxan marşrut avtobusu qəza törədib. Qəza nəticəsində 11 nəfər yaralanıb.

Qəza zamanı metrobus altı avtomobillə toqquşub. Verilən məlumatlara görə, metrobusun sürücüsü sərnişinlərdən biri ilə mübahisə etdikdən sonra qəza baş verib. Belə ki, sərnişin əlindəki çətirlə sürücüyə zərbə endirərək, onun idarəetməsinə mane olub. Hazırda qəzaya səbəb olan sərnişin polis tərəfindən saxlanılıb.

Qəzanın baş verdiyi anın video görüntüləri yayılıb.

Digər xəbərlər