Banner

Son Xəbərlər

İlham Əliyev Sumqayıt şəhərinə səfər edib

İlham Əliyev Sumqayıt şəhərinə səfər edib | FED.az
12:15 27 Sen 2016

Prezident İlham Əliyev bu gün Sumqayıt şəhərinə səfər edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə abidənin yerləşdiyi parkda və ümumiyyətlə, şəhərdə görülən işlər barədə ətraflı məlumat verib.

Prezident İlham Əliyev səfəri çərçivəsində Sumqayıt şəhərinə əsas giriş yolunda - Sülh küçəsində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə, əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında yaradılan şəraitlə tanış olub.

İlham Əliyev Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin açılışında, həmçinin Sumqayıt Şahmat Məktəbinin, Sumqayıt Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib.

Prezident Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib. Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Digər xəbərlər

Banner