Dünyanın ən böyük hava gəmisi "Airlandder 10" İngiltərədə sınaq uçuşları zamanı qəzaya uğrayıb. Bu barədə Press Association agentliyi məlumat yayıb. Dirijablın sınaqları avqustun 18-də keçirilib.
"Airlandder 10" telefon dirəyi ilə toqquşaraq, yüksək zərblə yerə çırpılıb və nəticədə pilot kabini zədələnib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hava gəmisinin uzunluğu 92 metr olub. Onun ərsəyə gətirilməsi üçün Britaniya hökuməti təqribən 3,7 milyon dollar vəsait sərf edib.
Xatırladaq ki, "Airlandder 10" 2009-cu ildə Hybrid Air Vehicles şirkəti tərəfindən ABŞ ordusu üçün hazırlanıb.
Dünyanın ən böyük hava gəmisi İngiltərədə qəzaya uğrayıb
17:22
24 Avq 2016