Yaponiyada davam edən anomal isti hava ölümlə nəticələnən günvurma hallarının sayının artmasına səbəb olub. Avqustun 15-dən 21-nə kimi 5 ölüm hadisəsi baş verib və 5500 insan xəstəxanaya yerləşdirilib.
Dözülməz isti hava Yaponiyada iyul ayının ortalarından etibarən müşahidə olunmağa başlayıb və elə ilk günlərdən 30 min yaponiyalı həkimə müraciət edib. Yüksək temperatur yağışla müşayiət edildiyi üçün qızmar hava rütubətliliyi ilə də seçilir. Statistika göstərir ki, belə hava əsasən 65 yaşdan yuxarı insanlara daha ciddi təsir edir. Hələ ötən il anomal istilərdən 100 yaponiyalı həyatını itirmiş, 50 min insan isə zərər çəkmişdi.
Dözülməz istilər Yaponiyada 5 insanın ölümünə səbəb olub
11:20
23 Avq 2016