Son Xəbərlər

Dollar yuana qarşı artdı

Dollar yuana qarşı artdı | FED.az
11:24 30 Avq 2016

Dolların yuana qarşı artmasına təsir edən səbəblərdən biri ABŞ və Yaponiya hökumətlərinin siyasətlə bağlı apardıqları dəyişikliklərin baş verə bilməsinin gözləntisi fonunda davam edirdi.

Dollar yuan və avroya qarşı bazar ertəsi günü möhkəmləndi, çünki FRS məmurları iqtisadiyyatın vəziyyəti ilə bağlı optimistik proqnozlar verməyə başlamış və yaxın zamanda faiz dərəcələrinin arta biləcəyi ilə bağlı fikirlər ifadə edirdilər.

Yaponiyada faiz dərəcələrinin aşağı düşməsi ehtimalı ilə bağlı gözləntilər də həmçinin yuana təzyiq göstərərək dolların qalxmasına səbəb oldu.

Bakı saatı ilə saat 9:45-də dollar yuana qarşı 0.67% qalxaraq 100.87 yuana çatdı.

Avro isə dollara qarşı 0.44% aşağı düşərək 1.1275 dollar civarında qərarlaşdı. Dollar indeksi isə 0.4% qalxaraq 94.843 civarında müəyyənləşdi.

Bazarda bütün diqqət FRS sədri Stenli Fişerin çıxışına yönəlmişdi. Fişer bazar günü amerikan iqtisadiyyatının vəziyyətini ümumi olaraq müsbət qiymətləndirdi və qeyd etdi ki, amerikan tənzimləyicisi öz hədəflərinə - məşğulluq və inflyasiya üzrə hədəf göstəricilərinə yaxınlaşır.

Sankei qəzetinin bazar günü mərkəzi bankın rəhbəri Xaruxiko Kurodunun sözlərinə istinadən verdiyi məlumatdan sonra yuanın dəyəri düşməyə başladı. Məlumatda bildirilirdi ki, Yaponiya Bankı faiz dərəcələrinin mənfi göstəricilərədək növbəti dəfə düşməsi variantlarını istisna etmir.

Funt sterlinqin də dəyəri cümə günü dollara münasibətdə 1.0% aşağı düşdü, çünki Böyük Britaniyanın gələn ilin əvvəlində Aİ-dən çıxmasına dair rəsmi proseslərin başlanması ehtimalları mövcuddur.

Britaniya məzənnəsi 0.27% düşərək 1.3037 dollar oldu.

Avstraliya dolları 0.51% düşərək 0.7589 dollara çatdı. Yeni Zelandiya dolları isə 0.89% itirərək 0.7212 dollara çatdı.


Mənbə: Investing.com©

Digər xəbərlər