Son Xəbərlər

Daha 3 xarici şirkət Azərbaycanı tərk edir

Daha 3 xarici şirkət Azərbaycanı tərk edir | FED.az
13:08 7 Sen 2016

Azərbaycanda 3 xarici şirkətin nümayəndəliyi ləğv olunur.

Nümayəndəliyini bağlayan şirkətlərdən biri "China Geo-Engineering Corporation İnternational" MMC-dir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti,15, məhəllə 1212 ünvanına bildirə bilərlər.

Azərbaycanı tərk edən 2-ci şirkət Böyük Britaniyaya məxsus "Cadbury CIS B.V."-dir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, "Port Baku Towers" Biznes Mərkəzi (Cənub Qülləsi), 9-cu mərtəbə ünvanına bildirə bilərlər.

Bundan başqa, Türkiyəyə məxsus "Elit" MMC Azərbaycanda filialının ləğv olunduğunu elan edib. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, mənzil 3 ünvanına bildirə bilərlər.

Report.az©

Digər xəbərlər