Türkiyənin kurort şəhəri olan Bodrumda (Muğla ilində) qayıq batıb. Qayığın göyərtəsindəki əcnəbi turistlərdən 4-ü vəfat edib.
Anadolu-nun verdiyi məlumata görə qayıqda cəmi 31 nəfər adam olub.
İlkin məlumatlara görə suya düşən 4 nəfəri xilas etmək mümkün olub. Məlum olduğu kimi, nə xilas olunanların, nə də ki həlak olanların üzərində xilasedici jilet olmayıb.
Axtarış-xilasetmə işlərinə həm havadan, həm də sudan olmaqla korvetlər, 2 qayıq, 3 xilasetmə kateri və Hərbi Dəniz Donanmasının patrul gəmisi də cəlb olunub.
İtkin düşən 23 nəfərin axtarışı hələ də davam edir.
Bodrumda əcnəbilərlə dolu qayıq batıb, ölən və itkin düşənlər var
17:47
29 Sen 2016