Son Xəbərlər

Bakıda pulsuz internet

Bakıda pulsuz internet | FED.az
17:44 22 Avq 2016
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni layihəyə başlamışdır. İctimai internet layihəsinin həyata keçirilməsinin əsas məqsədi Bakı əhalisini və paytaxt qonaqlarını simsiz və yayılan texnologiya vasitəsilə pulsuz internetlə təmin etməkdir. Bu layihə ilk öncə insanların daha sıx istirahət etdiyi yerlərdə reallaşdırılacaqdır.

Layihəyə əsasən, nazirlik "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Bayraq Meydanı daxil olmaqla bütün Dənizkənarı Milli Park və “Fəvvarələr meydanı” ərazilərini ictimai “WiFi” şəbəkəsi ilə təmin edəcək. Artıq layihələndirmə işləri başa çatıb və yaxın müddətdə layihənin icrasına başlanılacaq.

Genişzolaqlı sürətli internet təminatı Bakı sakinləri, yerli və xarici turistlər üçün qlobal şəbəkəyə pulsuz çıxış imkanını ilk dəfə 2015-ci ildə Bakıda keçirilən Avropa oyunları zamanı yaratmışı. Qeyd edək ki, o zaman pulsuz WiFi şəbəkəsi bir çox parklarda, xüsusilə də dənizkənarı milli park ərazisində, Avropa oyunlarının keçirildiyi məkanda (Olimpiya şəhərciyində) təmin edilmişdi. Bu xidmət iki aylıq müddətə pulsuz olaraq Azərbaycandakı mobil şəbəkələrin operatorları və provayderləri tərəfindən təmin edilirdi. 2 aydan sonra isə həmin operatorlar bu xidməti yenə də əvvəlki kimi kommersiya əsasında həyata keçirməyə davam etdilər.

Mənbə: trend.az©

Digər xəbərlər