Banner

Son Xəbərlər

AZAL 20 faiz endirim elan edir

AZAL 20 faiz endirim elan edir | FED.az
10:51 31 Avq 2016

"Azərbaycan Hava Yolları" (AZAL) Qurban bayramına həsr olunmuş yeni payız aksiyasının başlamasını elan edib.

“Azərbaycan Hava Yolları” QSC-nin yaydığı məlumata görə, Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə 2016-cı il sentyabrın 5-dən 30-a kimi hər iki istiqamətə aviabilet alarkən 20 faiz endirim tətbiq ediləcək: London, Milan, Berlin, Paris, Praqa və Nyu-York. Uçuş dövrü: 15 sentyabr - 10 dekabr, 2016-cı il. Bundan başqa, Bakı-Tel-Əviv-Bakı istiqaməti üzrə uçuş dövrü sentyabrın 15-dən 25-dək və oktyabrın 25-dən dekabrın 10-dək olan aviabiletlərə 20 faiz endirim tətbiq edilir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Balların avtomatik hesablanması üçün, aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80;

*8880.

E-mail: [email protected]

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

Digər xəbərlər

Banner