Azərbaycanda yeni özəlləşdirmə proqramı çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsində keçirilmiş ilk hərrac zamanı 36 dövlət əmlakı satılıb.
Nəticədə ölkənin dövlət büdcəsinə 1,8 milyon manat köçürülüb.
Hərracda Bakıdan başqa, Şəki, Gəncə, Sumqayıtdan olan investorlar iştirak ediblər.
20 dövlət müəssisəsindən və obyektindən 15-i Bakıda, qalan 5-i isə ölkənin digər şəhər və bölgələrində yerləşir.
Trend©