“Günay Sığorta” şirkətinin yenidən formalaşdırlması ilə bağlı institutsional quruluş yenidən təşkil olunacaq. Bu barədə FED.az saytına şirkətin Direktorlar Şurası sədrinin yeni təyin olunmuş müşaviri Fuad Sadıqov bildirib.
F.Sadıqovun sözlərinə görə, təyinatın əsas məqsədi şirkətin biznes strategiyasının hazırlanması, dayanıqlı biznes modelinin qurulması, eləcə də müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini uğurla davam etdirməkdir: “Biz həmçinin bütün bunlarla yanaşı, ümumilikdə şirkətin yenidən formalaşdırılması və bazarın gündəlik tələblərinin icra edilməsinə uyğunlaşdırılması istiqamətində də işlər görəcəyik”, - deyə F.Sadıqov qeyd edib.
Xatırladaq ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" 1992-ci ildən fəaliyyət göstərir.
Yeni müşavir sığorta şirkəti ilə bağlı məqsədlərini - AÇIQLADI
20:18
5 Yan 2019