Azərbaycan sığorta bazarının tanınmış şirkətlərindən olan “Xalq Sığorta”nın daha bir nümayəndəliyi fəaliyyətə başlayıb. Bu barədə FED.az saytına şirkətin satış və marketinq şöbəsinin müdiri Emin Abdullayev bildirib.
E.Abdullayevin sözlərinə görə, şirkət özünün 8-ci nümayəndəliyini Şirvan şəhərində açıb. Bu nümayəndəlik vasitəsilə Şirvan və Şirvan şəhəri ətrafı ərazilərdə yaşayan vətəndaşlar qeyri-həyat sığortası sahəsinə aid icbari və könüllü sığorta növlərindən yararlana biləcək.
E.Abdullayev bildirib ki, bununlada şirkətin nümayəndəliklərinin sayı 8-ə çatıb. Hazırda şirkətin Sumqayıt, Cəlilabad, Göyçay, Yevlax, Şəki, Tovuz, Xaçmaz nümayəndəlikləri fəaliyyət göstərir.
Eləcə də bax: İcbari tibbi sığortadan sonra poliklinikaların necə xidmət göstərəcəyi - AÇIQLANDI
Xatırladaq ki, “Xalq Sığorta” 2005-ci ildən fəaliyyət göstərir. Şirkət 20-dən artıq könüllü və 3 icbari sığorta növünü uğurla gerçəkləşdirir.
Şirkət Azərbaycan sığorta bazarının ən iri iştirakçılarındandır, onun ödənilmiş nizamnamə kapitalı 46 187 500 manat təşkil edir.
Çoxşaxəli filial şəbəkəsinin sayəsində Şirkət Azərbaycan Respublikasının bütün ərazisində müştərilərin maraqlarının mühafizəsini təmin edə bilir.
Partnyor və müştərilər qarşısında öhdəliklərin vaxtlı vaxtında həyata keçirilməsi sığorta bazarında şirkətə nüfuzlu ad və hörmət qazandırmışdır ki, yerli və xarici sığorta və təkrarsığorta şirkətləri ilə uzunmüddətli güvənli əməkdaşlıq əlaqələri bunu bir daha sübut edir.
"Xalq Sığota"nın növbəti nümayəndəliyi fəaliyyətə başladı
16:06
25 Yan 2019