“Xalq Sığorta ASC”-nin audit komitəsinin sədri Camal Rzayev Ehtibar oğlu şirkətin Direktorlar Şurasının üzvü təyin edilib.
FED.az xəbər verir ki, bununla da Direktorlar Şurasının üzvlərinin sayı sədrlə birlikdə üçə yüksəlib.
Qeyd edək ki, sığorta bazarında aparıcı şirkətlərdən olan “Xalq Sığorta” ASC 2005-ci ildən fəaliyyət başlayıb. 58 750 500 manat həcmində nizamnamə kaptalına malik olan şirkət tərəfdaş və müştərilər qarşısında öhdəliklərin vaxtında həyata keçirməklə sığorta bazarında yüksək imic qazanmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.